SON XƏBƏRLƏR

Ermənistan ordusunun təxribatının qarşısını alarkən qəhrəmancasına şəhadətə ucalan Cəmil Qurbanzadə doğma torpağı olan Astaraya gətirilib.

Qəhrəmanımızla vida mərasimində şəhidin qohum və yaxınları, rayon rəhbərliyi və sakinlər iştirak edirlər.

“Mənim oğlum Cəmil bu torpaq uğrunda şəhid olub. Vətənim sağ olsun! Bir Cəmil yox, min Cəmil fəda olsun bu torpağa! Yetər ki, mənim Vətənim yaşasın! Bu Vətəndə mənim anam, bacım, iki qızım var. Milyonlarla qadınların simasında bacılarım var. Mən oğlumu ona görə böyütmüşəm ki, məni və torpağımı qorusun”, – deyə şəhidimizin atası Anar Qurbanzadə söyləyib.

Qeyd edək ki, Cəmil Qurbanzadə 27 aprel 2003-cü ildə Astara şəhərində anadan olub. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşən fəxrimiz 13 sentyabr 2022-ci il tarixində şəhadətə ucalıb.

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)