SON XƏBƏRLƏR

Birinci Qarabağ müharibəsi şəhidi Bakir Rəzzaq oğlu Qasımovun anım günü münasibətilə məzarı ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində Astara Hamoşam Folklor Klubuna istinadən verir.

Hamoşam folklor klubu, Hamoşam kənd ərazi icra nümayəndəsinin müavini Akşin Cəbiyev və bir qrup kənd sakini şəhidimizin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar və ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Bakir Qasımov 19 sentyabr 1972-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. 1990-cı ildə Hamoşam kənd orta məktəbini bitirib, peşə təhsili almaq üçün sənədlərini Astara 131 saylı texniki peşə məktəbinə verib. Lakin təhsilini başa vura bilməyib. Qababağ döyüşlərinə qoşulan igidimiz, Ağdam və Ağcəbədi bölgələrində ağır savaşlarda iştirak edib.

30 iyun 1993-cü ildə Nərgiztəpədə döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperi ilə sinəsindən vurulub. Hal-hazırda Hamoşam folklor klubu onun adını daşıyır.

avtomobil divara çarpılıb
Yollarda vəziyyət

Lənkəranda avtomobil divara çarpılıb

Lənkəranda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir. Hadisə

ölümlə nəticələnən qəza
Yollarda vəziyyət

Masallıda ölümlə nəticələnən qəza

Masallıda qəzaya uğramış velosipedçi vəfat edib. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir. Martın 24-də