SON XƏBƏRLƏR

Astara şəhər 1 nömrəli tam orta məktəbinin 11B sinfinin bütün şagirdləri ali məktəblərə qəbul olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində Azertac-a istinadən verir.

Belə ki, sinfin 17 məzununun hamısı keçid balını toplayaraq arzuladığı universitetlərə daxil olub.

Qeyd edək ki, Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə 650 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 58 müəllim məşğul olur. Bu il məktəbi bitirən 48 məzundan 45-i ali məktəbə qəbul olub, 7-si isə fərqlənmə attestatına layiq görülüb.