SON XƏBƏRLƏR

Astarada gənclərin şəxsi bacarıqlarını artırmaq məqsədilə inşa müsabiqəsi keçirilib. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbə istinadən xəbər verir.

Astara rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində 23 yanvar – Əl Yazısı Günü ilə əlaqədar Azərbaycanda 2023-cü il ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Heydər Əliyev ili elan edilməsi ilə bağlı “Ucalardan ən ucasan, Heydər baba” mövzusunda inşa müsabiqəsi baş tutub. Müsabiqədə iştirak edən M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin 9a sinif şagirdləri Hüseynova Tarifə və Axundova Samirə ən yaxşı inşa yazmaqla Fəxri Fərmanla təltif olunublar.