SON XƏBƏRLƏR

Astarada narkotik vasitələrin daşınmasında şübhəli bilinən şəxs sərhəd naryadının üzvlərinə atəş açıb. Bu haqda məlumat bu gün, 22 fevral tarixində Report.az-da paylaşılıb.

Astara rayonu Şahağacı kəndinin cənubunda, sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu “Mitsubishi Pajero” markalı “10-RS-565” dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilən 1 ədəd kisəni götür­məsi sərhəd naryadının diqqətini cəlb edib. Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.

Axtarışlar nəticəsində onların Astara rayon sakinləri 44 yaşlı Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olduqları müəyyən olunub. Q.Ağayev, saxlanılma zamanı silahlı müqavimət göstərib və üzərində olan “BLOW-TR-14” markalı travmatik tapançadan bir neçə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib.

Narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev sərhəd naryadı tərəfindən saxlanılıb.

Hadisə yerindən götürülmüş kisəyə keçirilən baxış zamanı içindən 4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin aşkar olunaraq götürülüb. Əlavə axtarış zamanı Q.Ağayevin yaşadığı evin qarajında 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilib.

Fаktla bağlı araşdırma aparılır.

Report.az
Report.az
Report.az
Report.az
Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,