SON XƏBƏRLƏR

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri qəbul edib. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.

Şərmətük kəndində keçirilən görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər. İcra başçısı sakinləri salamlayaraq əvvəllər də bu kənddə bir neçə dəfə səyyar qəbullar keçirdiyini, qaldırılan məsələlərin həllinə köməklik göstərildiyini qeyd edib.

Bildirilib ki, Şağlazüzədən Şəmətük kəndinədək Təngərüd çayı üzərində bir neçə körpü salınıb, yaxınlıqda yerləşən istirahət mərkəzinə qədər kəndin yolu asfaltlanıb, digər yarısına çınqıl döşənərək təmir olunub, iki yeni elektrik transformatoru qoyulub. İcra başçısı kəndin problemlərinin bundan sonra da diqqətdə saxlanılacağını bildirərək sakinləri dinləyib.

Sakinlər görülən işlərlə yanaşı, kəndin yuxarı hissəsindəki elektrik xətlərinin yenilənməsi, Şəmətük-Sipiyəpart avtomobil yolunun və Şəmətük körpüsündən Tüləküvan kənd tam orta məktəbinə qədər olan yolun təmir edilməsi, çay üzərində əlavə yeni körpünün salınması, kəndə internet şəbəkəsinin çəkilməsi, kəndin qazlaşdırılması, Xıçaso kəndində məktəb binasının tikilməsi barədə təkliflər veriblər.

İcra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirib, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.