Astaralı gənclər Bakıda 6 qızıl və 5 gümüş medallar qazanıblar. Bu haqda bu gün, 30 avqust tarixində Astara rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
28-29 avqust tarixlərində Bakı şəhəri Suraxanı rayonunda Sport-holl İdman Məktəbində Azərbaycan Həvəskar və Peşəkar Free Fightinq Döyüş Mərkəzinin təşkilatçılığı ilə Free Fightinq üzrə Həvəskar və Peşəkarlar arasında Respublika turniri keçirilmişdir.
Stance Fight (K-1) versiyası üzrə qaliblər:
Babayev Azad (35 kq) l yer, Babayev Elnur (28 kq) l yer, Həsənzadə Abbas(19 kq) l yer
Mirzəyev Orxan(46 kq) II yer, Zeynalov Ümüd(37 kq) II yer, Baxşiyev Qurban(25 kq) II yer, Həsənzadə Hüseyn(37 kq) II yer.
Free Fighting (MMA) versiyası üzrə qaliblər:
Rzayev Şahlar(62 kq) I yer, Məmmədzadə Orxan(60 kq) I yer, Qənbərov Əli (59 kq) I yer
Bayramov Rəvan(56 kq) II yer.
İdmançılarımız diplom, medal və xatirə kubokları ilə təltif olunublar.
Astaralı idmançıları məşqçilər-VKC üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev və Budo döyüş növü üzrə VI dan Qara kəmər ustası Ramiq Rəhmanov hazırlayıblar.
30 avqust 2021-ci il tarixində Astara Rayon Gənclər və İdman İdarəsində komandanın məşqçiləri Zamin Baxşiyev və Ramiq Rəhmanov ilə görüş keçirilmiş və qazanılan uğur münasibəti ilə məşqçilər və idmançılar təbrik olunmuş, onlara yeni nailiyyətlər arzulanmışdır.