SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Astara sakinlərini qəbul edib. Bu haqda məlumatı bu gün, 2 dekabr tarixində Cenublu.az idarəyə istinadən verir.

Qəbul zamanı Astara rayon Heydər Əliyev Mərkəzində iştirak edən vətəndaşlar işlə təmin olunma, şagird yerdəyişməsi, direktor müavinlərinin işə qəbulu, təhsilverən və rəhbər münasibəti, dərs yükü və digər mövzularla bağlı müraciət ediblər.

Məsələlərin bir qismi yerində həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.