SON XƏBƏRLƏR

Astara rayonunun ucqar Diqo kəndində məktəbin inşasına start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində fotoqraf Orxan Əzimə istinadən verir.

Belə ki, sözügedən kənddə yeni məktəb binasının təməli qoyulub. Təhsil ocağının tezliklə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə kənddə məktəb olmadığından məktəblilər yay-qış 5 km aralıqda yerləşən Pəlikəş məktəbinə getmək məcburiyyətində qalırdılar.