Astara rayonunun Ərçivan qəsəbəsində sakinlər gecə işıqlandırılması ilə bağlı problem yaşayırlar. Bununla əlaqədar onlar bu gün, 1 iyun tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildirirlər ki, ərazidə işıq dirəkləri olsa da, onlar yandırılmır.
“Ələt-Astara magistral yolunun Ərçivan qəsəbəsindən keçən hissəsində işıqlar yanmır. Sürücülərin piyadanı bu yolda görməsi mümkün deyil, çünki gecə vaxtı göz gözü görmür. Qəzaların baş verməsinin elə birinci səbəbi də budur. Xahiş edirik aidiyyəti qurumlardan, problemə nəzər salsınlar”, – deyə sakinlər bildiriblər.