Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Astara rayonunun müxtəlif küçə və parklarında abadlıq işləri görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.
Keçirilən tədbirlərin davamı olaraq aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində rayonun müxtəlif küçələrində divarlar boyanıb, Hüseyn Cavid, İstiqlaliyyət və Nail Orucov küçələrinin kəsişməsində yerləşən dairəvi hərəkət yolunda əsaslı təmir işləri aparılıb, sıradan çıxmış fasad daşları yeniləri ilə əvəz olunub.
Heydər Əliyev parkında fontanlarda təmizlik işləri görülüb, parkın pilləkənləri və yol kənarındakı divarlar yuyulub, şəhərin müxtəlif ərazilərində işıq dirəklərində plafonların təmiri ilə yanaşı, lampalar yenisi ilə əvəzlənib.