SON XƏBƏRLƏR

Astara rayon üzrə ümumilikdə 56.143 nəfər (52%) koronavirus infeksiyasına qarşı peyvənd olunub. Bu haqda məlumatı 12 avqust Astara Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülnar Muxtarova Azərtaca verib.

Peyvənd olunanlardan 4.965 nəfəri (9%) – 65 yaşdan yuxarı, 17.296 nəfəri (31%) – 50-65 yaş arası və 33.882 (60%) nəfəri isə 50 yaşadək olan vətəndaşlardır. Rayonda aktiv xəstələrin sayı 88 nəfərdir.