SON XƏBƏRLƏR

Astara Rayon Təhsil Şöbəsi məktəb direktorları və müavinlərinin iştirakı ilə onlayn iclas keçirib. Bu haqda məlumat bu gün, 16 sentyabr qurumun rəsmi facebook səhifəsində verilib.

İclas yeni tədris ilin başlanması ilə bağlı keçirilib. Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov məlumat verdi ki, 2021-2022-ci tədris ilində dərslər ənənəvi formada aparılacaqdır. Sentyabrın 22-si I-IV-ci siniflər, 29-u isə V-XI-ci siniflər dərsə başlayacaq.

Həmçinin, təhsil müəssisələrində çalışan işçilərin 96% peyvənd olunduğu qeyd olundu. Peyvənd olunmayanlar isə oktyabrın 1-dək olunmalıdırlar.

İclasın sonunda məktəb rəhbərləri yeni dərs ilində görüləcək işlərlə bağlı fikirlərini bildirmişlər.