SON XƏBƏRLƏR

Astara rayon sakinində müxtəlif növ narkotiklər aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynovdan 20 qrama yaxın heroin, yaşadığı evdən isə 3 kiloqram 95 qram heroin və 2 kiloqram 850 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.