SON XƏBƏRLƏR

Astara rayon sakini narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyinə görə həbs olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “VAZ 2103” markalı avtomobil ödənilməyən cərimə borcları olduğuna görə saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Astara rayon sakini Asif Cabbarovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib olunub.

Lənkəran rayon Məhkəməsinin qərarı ilə A.Cabbarov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 10 gün müddətində inzibati qaydada həbs edilib.