Astara rayon sakini Sipiyəpart kənd tam orta məktəbinin direktoru ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bu haqda bu gün, 6 oktyabr tarixində Baş Prokurorluğun rəsmi İnstagram hesabında paylaşılıb.
Vənəşikəş kənd sakini olan Rahim Zülfüqarov məktəb direktoru tərəfindən qanunsuz olaraq işdən çixaralacağı ilə hədələnib. Həmçinin Rahim prokurorluğa müraciətində digər qanunsuzluqlara yol verilməsi ilə bağlı faktları təqdim edib.
Araşdırmalar nəticəsində Rahimin göstərdiyi faktlar öz təsdiqini tapmış və prokurorluğun müdaxiləsi nəticəsində o öz vəzifəsində qalmışdır.