SON XƏBƏRLƏR

Astara rayon sakini fermadan oğurluq etməkdə təqsirləndirilir. Bu haqda məlumatı bu gün, 21 oktyabr tarixində Report paylaşıb.

Belə ki, Astara rayonunun Qamışlı kəndində yerləşən fermadan ümumi dəyəri 3800 manat olan müşahidə kameraları, soyuducuya aid motor və radiatorların oğurlanmasında şübhəli bilinən rayon sakini Bəhruz Səmədov saxlanılıb. Oğurladığı əşyalar onun saxladığı yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.