Astara Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Tahir Fərzəliyev Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi təyin olunub. Bu haqda məlumatı bu gün, 9 oktyabr tarixində Oxu.az verib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzaladığı əmrə əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Mirfariz Ağalarov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.