SON XƏBƏRLƏR

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yüksək uğur qazanmış məktəblilər, onların müəllim və valideynləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində verir.

Görüşdə Astara rayon Deqədi kənd ümumi orta məktəbinin “Sparrow” komandasının qızıl medalçıları – VII sinif şagirdləri İsayev Murad Ramal oğlu, Hacızadə Nuran Oktay oğlu və “Əlaçı” televiziya verilişinin qalibi,  Astara rayonu X.Şəkərov adına Tüləküvan kənd tam orta məktəbinin XI sinif şagirdi İsazadə Sevanə Araz qızı iştirak ediblər.

İcra başçısı qalibləri təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlər arzulayıb. Gənclər isə öz növbələrində onlara göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər.

Sonda qaliblərə Fəxri Fərman və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.