SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbəsinin Lovayın yaşayış massivində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.

İlk öncə icra başçısı Kijəbə qəsəbəsində, o cümlədən Lovayın yaşayış massivində görülən işlər haqda danışıb. O, əsas yolun asfaltlanmasını, qazlaşma, elektrik enerjisi ilə fasiləsiz təminat və digər vacib məsələlərin öz həllini tapdığını vurğulayıb.

Sakinlər görülən işlərlə yanaşı, Vətən müharibəsi şəhidi Orxan Babayevin xatirəsinə inşa edilmiş bulağa gedən yolun asfaltlanmasına, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə, məhəllə yolunun təmirinə, kənddən keçən çayın lildən təmizlənməsinə, yeni məhəllədə evlərə qaz xəttinin çəkilməsinə, məhəllədə elektrik naqillərinin çəkilərək şəbəkəyə qoşulmasına, elektrik təsərrüfatında yaranmış problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirərək, həlli barədə aidiyyəti üzrə tapşırıqlar verib.