Astara rayon Gənclər və İdman İdarəsində vəzifə dəyişikliyi baş tutub. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az idarəyə istinadən xəbər verir.
İdarədə rəis vəzifəsini icra edən Rufan Şirinov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3 maddəsinin ikinci hissəsinə əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş Dövlət qulluğu vəzifəsinin müsahibəsinə müraciət edib. Müsahibəni uğurla keçən Rufan Şirinov Astara rayon Gənclər və İdman İdarəsinə rəis təyin edilib.