SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ilk dərs günü ilə əlaqədar M.Ə.Sabir adına Astara şəhər 1 saylı və Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi ilə görüşüb. Bu haqda məlumat Astara rayon İcra Hakimiyyətinin rəsmi saytında dərc olunub.

Görüş zamanı Q.Ağayev məktəblərin foyesində hazırlanmış “Vətən Müharibəsi Şəhidləri” stendləri ilə tanış olaraq, şagirdlərə yüksək bilik verməklə yanaşı onların vətənpərvər ruhda yetişdirməyin vacibliyini vurğulayıb. Məktəb rəhbərləri isə öz növbələrində son illərdə təhsildə əldə edilən nailiyyətlər barədə məlumat veriblər.

Qeyd edək ki, 2020-2021-ci tədris ilini başa vuran Astara ümumtəhsil məktəblərinin 238 məzunu tələbə adını qazanıblar. M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin XI sinfini bitirən 17 məzunun hamısı ali məktəblərə daxil olub.