Astara rayonunun Şəmətük kəndində baş vermiş qətl hadisəsi ilə bağlı Astara rayon prokurorluğunda cinayət işi başlanıb. Bu haqda məlumat bu gün, 8 oktyabr tarixində prokurorluğdan Reporta verilib.
Belə ki, 27 yaşlı Gülsevər Ağayeva şəxsi münasibətlər zəminində Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsində şübhəli bilinir.
Bununla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.