SON XƏBƏRLƏR

Astarada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər qohum narkotacirlər saxlanılıb. Bu haqda məlumatı bu gün, 10 yanvar tarixində Report.az verib.

Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə və 2 ədəd qanunsuz odlu silah aşkarlanaraq götürülüb.

Belə ki, Astara rayon sakinləri – Cahid Hacıağazadə və onun qohumu Ramal Həmdəmovdan 7 kiloqram 460 qram qurudulmuş marixuana tapılıb.

Araşdırma zamanı C.Hacıağazadənin həmin narkotik vasitəni qohumu, Astara rayon Pəlikeş kənd sakini Vüqar Vahabovdan əldə etdiyi müəyyən edilib. V.Vahabovun yaşadığı evə keçirilən baxış zamanı oradan 2 kiloqram 230 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxladığı “Toz” markalı müvafiq sənədləri olmayan ov silahı və həmin silaha aid 26 ədəd patron aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri zamanı Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan əldə etdiyi müəyyən edilib. T.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 320 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxladığı, müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər