SON XƏBƏRLƏR

Astarada “Qırmızı Kitab”a düşən ağaclar kəsilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən verir.

Belə ki, Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub.

Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.