Astara Dövlət Rəsm qalereyasının əməkdaşları 44 günlük Vətən müharibəsində igidlik göstərən Ceyhun Elçin oğlu Dadaşovun ailəsini ziyarət etmişdir. Bu haqda məlumat qalereyanın rəsmi Facebook səhifəsində paylaşılıb.
Ceyhun Dadaşov Füzuli, Cəbrayıl, Laçın və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək, Qubadlı döyüşlərində yaralanmışdır. Savaşdakı mübarizəsinə və cəsarətinə görə 7 tərifnamə ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.