SON XƏBƏRLƏR

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Dolu kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Astara RİH-yə istinadən verir.

Görüş zamanı icra başçısı qeyd edib ki, Dolu kəndi rayonun ən ucqar yaşayış məntəqələrindən biri olduğundan burada uzun illər yol, işıq, məktəb problemləri mövcud olub. Lakin dövlət tərəfindən ayrılan vəsaitlər hesabına üç il bundan əvvəl bu problemlər həll olunub.

Sakinlər görülən işlərlə yanaşı, kənd ibtidai məktəbinin ümumi orta məktəbə çevrilməsinə, Pəlikəş kənd məscidinin qeydiyyatdan keçirilməsinə, Dolu kəndindən Reqluba kəndinə qədər avtomobil yolunun çəkilməsinə köməklik göstərilməsi barədə təkliflər irəli sürüblər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirib,həlli üçün çalışacağını vurğulayıb.

Sonda icra başçısı Dolu kənd ibtidai məktəbinin yeni modul tipli binasına baxış keçirib, yaradılmış şəraitlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər