Qardaşlarına balta ilə xəsarət yetirən bacılar saxlanılıb. Bu haqda məlumat bu gün, 5 yanvar tarixində Report.az-da paylaşılıb.
Cenublu.az Astara rayonunda bacılar və qardaş arasında yaranan münaqişənin təfərrüatları bəlli olub. Belə ki, hadisədən bir neçə gün əvvəl bacılar İ.Qənbərova məxsus ata evinin həyətində tikdirdiyi evin bir otağını yandırıblar. Səbəb kimi isə, qardaşlarının onlara qarşı pis davranmasını göstəriblər.
Evin yandığını öyrənən qardaş İlkin Qənbərov Rusiyadan Astaraya qayıdaraq bacılarını polisə verəcəyini bildirib. Bacılar isə qardaşlarına gecə yatdığı zaman balta ilə xəsarətlər yetiriblər.
Verilən məlumata əsasən, bacılar ruhi xəstədirlər.