SON XƏBƏRLƏR

Astarada 6 ədəd çöl quşu ovlayan şəxslər saxlanılıb. Bu haqda bu gün, 22 noyabr tarixində Report.az-da paylaşılıb.

Verilən məlumata əsasən Astara Rayon Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 3 nəfər saxlanılıb. Onların qanunsuz ovla məşğul olma və müvafiq sənədləri olmayan tüfəng daşınması halları qeydə alınıb.

Astara sakinləri A.Eyvazov, B.Baxşıyev və Z.Qəhrəmanov rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə ov ediblər. Onlardan ovladıqları 6 ədəd çöl quşu, 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri götürülüb.

Şəxslərlə bağlı protokol tərtib olunaraq aidiyyarı üzrə təhvil verilib.