SON XƏBƏRLƏR

Astara şəhər sakinləri Siyavuş Mirzəyev və Vahid Nəzirov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar. Bu haqda məlumatı bu gün, 22 oktyabr tarixində Daxili İşlər Nazirliyi Report-a verib.

Belə ki, əvvəllər də məhkum olmuş Siyavuş Mirzəyevin üzərindən külli miqdarda heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanıb.

Araşdırma zamanı onun xarici ölkələrdən birinin vətəndaşının göndərdiyi narkotik vasitələrin satışını təşkil etdiyi və əldə etdiyi pul vəsaitlərinin həmin şəxsə çatdırılması məlum olub.

Həmçinin, Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində Vahid Nəzirov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam edir.