SON XƏBƏRLƏR

Astarada yol qəzası nəticəsində qadın dünyasını dəyişib. Bu haqda bu gün, 6 oktyabr tarixində Report.az-da paylaşılıb.

Şovu kənd ərazisində yol qəzası baş verib. Qəza nəticəsində yük maşını qadını vurub.

Bədən xəsarətləri alan kənd sakini 60 yaşlı Zabitə  Həsənova Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın reanimasiya şöbəsində qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.