SON XƏBƏRLƏR

Astara gömrük postunda ölkəmizdən İran İslam Respublikasına gedən həmin ölkə vətəndaşının idarə etdiyi “Jack” markalı yük avtomobilindən  22.260 ABŞ dolları aşkarlanıb. Bu haqda məlumatı bu gün, 30 noyabr tarixində AR Dövlət Gömrük Komitəsi verib.

Belə ki, o, gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən 22.260 ABŞ dolları tapılıb.

Faktla bağlı araşdırma aparılıb.

customs.gov.az
customs.gov.az