SON XƏBƏRLƏR

Astara rayonunun Pensər kəndindən olan şəhid Samir Səmədov və Ərçivan kəndindən olan şəhid Sadiq Zeynalovun ailələri ilə görüş keçirilib. Bu haqda məlumatı 20 sentyabr Azertac verib.

Görüş zamanı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar və həmçinin, onlara müqəddəs Qurani-Kərim və hədiyyələr təqdim ediblər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, görüş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu