SON XƏBƏRLƏR

Astara şəhər 5 nömrəli tam orta məktəbində peşə təmayüllü siniflərə yeni ixtisaslar əlavə olunub. Bundan əlavə, Vaqo kənd tam orta məktəbində peşə təmayüllü sinif təşkil olunacaq. Bu haqda məlumatı 6 sentyabr Azərtac paylaşıb.

Belə ki, Astara şəhər 5 nömrəli tam orta məktəbində peşə təmayüllü siniflərə “dərzi köməkçisi”, “aşpaz köməkçisi”, “santexnik” və “dülgər köməkçisi” modulları ilə yanaşı, “aqronom” və “informasiya texnologiyaları” ixtisası da tədris ediləcək.

Vaqo kənd tam orta məktəbinin 10p sinfində isə 20 şagird peşə təmayüllü siniflərdə təhsillərini davam etdirəcək. İlkin mərhələdə oğlanlar “çilingər”, qızlar isə “dərziçilik” peşələrinə yiyələnəcəklər. Sonrakı mərhələdə isə oğlanlar “dülgər”, qızlar isə “aşpaz” peşəsi üzrə təhsil alacaqlar.

Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2019-2020–ci tədris ilindən fəaliyyətə göstərir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər