SON XƏBƏRLƏR

Astara sakini qanunsuz ov ilə məşğul olduğuna görə saxlanılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Report.az xəbər verir.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticələrində rayonun Giləkəran kəndi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara şəhər sakini İ.Kazımov saxlanılıb. 5 ədəd çöl quşu ovlayan Kazımovun üzərindən əlavə olaraq ov alətləri aşkarlanıb.

Şəxslə bağlı inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

Foto açıq mənbələr
Aktual

Masallı: bu gün Nayib Qasımovun şəhid olduğu gündür

Bu gün, 6 oktyabr tarixində Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Nayib Qasımovun şəhidlik zirvəsinə ucaldığı gündür. Nayib Akif oğlu Qasımov 12 iyun 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində