Astara Olimpiya İdman Kompleksinə yeni təyin olunmuş direktorun, təqdimat mərasimi baş tutub. Bu haqda bu gün, 3 noyabr tarixində Astara Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
26 oktyabr tarixində kompleksə direktor təyin olunmuş Aslan Ağayev bu gün komplekslə tanış olub.
Təqdimat mərasimində Astaranın fəxrləri Dünya, Olimpiya oyunlarının mükafatçıları Hacı Əliyev və Cəbrayıl Həsənov, həmçinin Olimpiya çempionu Toğrul Əsgərov iştirak ediblər.
Tədbirdə məhşur idmançılar və dövlət qurumlarının nümayəndələri Aslan Ağayevin idmana verdiyi və verəcəyi töhvələrdən danışıblar.