SON XƏBƏRLƏR

Astara Olimpiya İdman Kompleksinin direktoru, Əməkdar məşqçi Aslan Ağayevin ölkədən çıxışına qadağa qoyulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində Qafqazinfo-ya istinadən verir.

Buna səbəb kompleksin vergi borclarının ödənilməməsidir.

Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək bildirib ki, Astara Olimpiya Kompleksinin Dövlət Sosial Müdafiə Fonduna 2928 manat borcu var. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, rəhbərlik borcu ödəməyib.

Məhkəmə iddianı təmin edib. Qərarda qeyd edilib ki, borcun ödənilməsini təmin etmək məqsədilə 1967-ci il təvəllüdlü Aslan Ağayevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın.

Xatırladaq ki, A.Ağayev Əməkdar məşqçi və beynəlxalq dərəcəli idman ustasıdır. 2017-2021-ci illərdə güləş üzrə qadınlardan ibarət millimizin baş məşqçisi olub. O, idman sahəsindəki xidmətlərinə görə III dərəcəli “Əmək“ ordeni və “Tərəqqi” medalı ilə təltif edilib.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.