SON XƏBƏRLƏR

Astarada narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində gənclərlə görüş keçirilib. Bu haqda məlumatı bu gün, 17 noyabr tarixində Astara rayon Mədəniyyət mərkəzi verib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, rayonun Daxili İşlər şöbəsinin rəisi Azər Cəfərov və rayon Təhsil və Səhiyyə şöbəsinin nümayəndələri iştirak ediblər. Tədbirin sonunda iştirakçılar Astara rayon Dövlət Rəsm Qalareyasının “Narkomaniyaya yox deyək” adlı sərgisi ilə tanış olublar.

Qeyd edək ki, tədbir Astara rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi və Astara rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.