SON XƏBƏRLƏR

Astaranın sitrus bağlarında naringinin tezyetişən sortunun yığımına başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində Azertac-a istinadən verir.

Sitrus bağlarında naringi yığımı, əsasən, dağətəyi kəndlərdə aparılır. Yerli naringi sortları gec yetişdiyindən indi bağlarda “Karli” sortu yığılır. Hazırda 50 hektar sahədən 40 tondan çox məhsul yığılıb. Bu il məhsuldarlıq ötən ilə nisbətən yüksəkdir. Fermerlər məhsuldar ağacların hər birindən 100 kiloqrama yaxın naringi dərdiklərini bildirirlər. Amma dərimdə o qədər də həvəsli deyillər. Çünki bazarlarda naringinin satışı ötən ilə nisbətən xeyli aşağıdır. Ötən il bir kiloqramı 2 manata olan narıngi bu il 80 qəpik – 1 manat 50 qəpiyə satılır.

Qeyd edək ki, Astarada 2416 hektar sahədə naringi bağı var. Onlardan 147,4 hektarı məhsuldardır. Bu sahələrdən keçən il təsərrüfat sahibləri 30 min tondan çox məhsul yığıblar.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon