SON XƏBƏRLƏR

Astara Pedaqoji Kollecinin kollektivi Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirovun ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Tələbələr şəhidin yaxınları ilə tanış olub, onun igidliyi haqqında məlumat əldə ediblər.

Yalçın Canhəsən oğlu Nəsirov 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olub. Müstəqilliyimizin qorunub saxlanılmasında Yalçın Nəsirov da Milli Ordunun əsgəri kimi öz vətənpərvərlik borcunu yerinə yetiririb. 1995-ci il  13-17 mart tarixlərində keçirilən bütün əməliyyatlarda iştirak edib, martın 17-dən 18-nə keçən gecə ağır yaralanaraq, çoxlu qan itirib. O, 24 mart tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sərək kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır. Astara rayonunda yerləşən “Qəhrəmanlar bağı”nda büstü qoyulub.