SON XƏBƏRLƏR

Astara rayonu Asxanakəran kəndində Milli Qəhrəman Polad Həşimovun büstünün açılış mərasimi keçirilib. Bu haqda Lənkəran Regional Mədəniyyət idarəsi rəsmi Facebook səhifəsində paylaşım edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün qəhrəmancasına həlak olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid General-mayor Polad Həşimovun büstü kənd mərkəzində qurulub.

Həmçinin tədbirdə  Lənkəran Regional Mədəniyyət İdarəsinin, Astara rayon İcra Hakimiyyətinin, Astara rayon Mədəniyyət Mərkəzinin, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Asxanakəran kənd Diyarşünaslıq klubunun nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Polad Həşimov 2020-ci il iyulun 12–16-da baş verən döyüşlərdə, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində gedən döyüş zamanı ön xətdə şəhid olmuşdur.