SON XƏBƏRLƏR

Astaralı 11-ci sinif şagirdi çıxış etdiyi intellektual müsabiqənin qalibi olub. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az xəbər verir.

Astara rayonunun X.Şəkərov adına Tüləküvan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsazadə Sevanə Araz qızı İctimai TV-də yayımlanan “Əlaçı” intellektual oyununda bütün rəqiblərini üstələyib.

Sevanə bu qalibiyyəti ilə “Əlaçı” diplomunu və super finalda oynamaq şansını qazanıb.

Dəyərli məktəblimizi və valideynlərini təbrik edir, gələcək həyatında uğurlar arzulayırıq.