SON XƏBƏRLƏR

Astara şəhər Səməd Vurğun küçəsinin sakinləri anti-sanitariyadan əziyyət çəkirlər. Bu haqda 17 iyul sosial şəbəkələrdə bu ərazidə yaşayanlar öz narazılığını bildirib.

Küçədə dövlət tərəfindən zibil tullantıları atılması üçün yer ayrılıb. Başqa kəndlərdə zibil qutuları olmadığından sakinlər qətirib tullantılarını bura atırlar. Mənzil Kommunal İdarəsinə dəfələrlə şikayətlərə baxmayaraq, tullantıların hər gün təmizlənməsi gecikir və antisanitarik vəziyyət yaranır.

“Anlayıram ki, dövlət məmurlarına yaşadığı məmləkətin insanları maraqlı deyil. Heç olmasa kondisionerli, rahat kreslolarda əyləşdikləri vəzifənin halallığını bu şəhərdən alsınlar. Hörmətli Rashad Mahmudov! Bəlkə siz bizə bu istiqamətdə yardımçı olasınız. Bu vəziyyətdə yaşayan insanlar koronavirusla necə mübarizə aparsın?”,- deyə sakinlərdən biri sosial şəbəkədə qeyd edib.

 

Mağazadan oğurluq
Aktual

Lənkəranda yerləşən mağazadan oğurluq olunub

Lənkəranda fəaliyyət göstərən mağazaların birində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Sosial şəbəkələrdə paylaşılan videogörüntüdən aydın görünür ki, mağazaya müştəri qismində daxil