SON XƏBƏRLƏR

Astara şəhərinin mərkəzi bazarında dam örtüyü yoxdur. Bu haqda məlumat bu gün, 9 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, bazarın satıcılarının sözlərinə görə, dam örtüyünün olmaması yağıntılı havada müştərilərin azalmasına gətirib çıxarır.

“Rəflərimizin üstü örtülüdür, yağış yağdıqda mallarımıza heçnə olmur, ancaq keçid yeri brezent parçayla örtülüb və neçə ildik ki, dəyişdirilmir. Ya yenisi ilə əvəz etsinlər, ya da ki, dam örtüyü düzəltsinlər”- deyə bir satıcı qeyd edib.

“Payız, qış ayları satış azalır. Şəraitsizlikdən müştərilər gəlmir. Bizimdə dolanışığımız zəifləyir” – digər satıcı söyləyib.