SON XƏBƏRLƏR

Astarada aktiv koronavirus infeksiya daşıyıcısı yaşayış yerini tərk edib. Hadisə 16 avqust səhər saatlarında baş verib.

Rayon sakini R.Mahmudovun koronavirus testinin pozitiv nəticəsinə görə, ona ev şəraitində müalicə təyin edilib. Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar hadisə 14 avqust Lənkəranda baş vermişdir.