SON XƏBƏRLƏR

Bu gün, 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür. Bu münasibətlə Astara rayonunun bir sıra məktəblərində və folklor evində tədbirlər baş tutub.

Astara rayonu Rüdəkənar kənd ümümorta məktəbdə, M.Ə.Sabir adına  Astara şəhər 1 saylı tam orta məktəbdə, Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseydə, o cümlədən Pensər folklor evində Konstitusiyanın qəbul edilməsinin 26 illiyi keçirilib. Bayram ilə əlaqədar məktəblərin foyesində rəsm sərgisi təşkil olunub.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda qəbul edilib. Ulu Öndər Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.