SON XƏBƏRLƏR

Astara rayonunun Kijəbə qəsəbəsindəki “Sitrus bağları” adlanan ərazinin elektrik sisteminin təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.

Sakinlərin sözlərinə görə, artıq 2 ildən çoxdur ki, onlar işıqların tez-ez sönməsindən əziyyət çəkirlər.

“Dirəklərimiz yıxılmaq üzrədir. Xətlərimiz bərbad vəziyyətdədir. Xətlər bir-birlərinə o qədər yaxındır ki, hər an yanğın baş verə bilər. Gərək bu problem ciddi fəsadlar yaratsın ki, sonra həll etsinlər? Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, qaynar xəttə zəng etmişik, lakin səsimizə səs verən olmayıb”, – deyə qəsəbə sakinləri bildiriblər.

“Dəfələrlə məişət texnikamız sıradan çıxıb. İşıqlarımız tez-tez sönür. Bu əraziyə elektrik sistemini sakinlər bir olub öz hesablarına çəkiblər. Indi isə təmir olunmalıdır. Müraciət edirik, bizə ölkədə dirək qıtlığı olduğunu bildirirlər. Heç biri qurum problemimizi həll etmək istəmir”, – deyə sakinlər əlavə ediblər.

Kijəbə elektrik sistemi
Kijəbə elektrik sistemi
Kijəbə elektrik sistemi
Kijəbə elektrik sistemi
Kijəbə elektrik sistemi Kijəbə elektrik sistemi Kijəbə elektrik sistemi Kijəbə elektrik sistemi