SON XƏBƏRLƏR

Astara rayon Pensər kənd folklor evinin əməkdaşları II Qarabağ Müharibəsi iştirakçısı, Pensər kənd sakini Rəvan Vəliağa oğlu Qənbərovla görüş keçirdiblər.

Bu haqda məlumat bu gün, 26 oktyabr tarixində folklor evinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Görüş zamanı 20 yaşlı igidimiz Rəvan Qənbərov döyüş yolundan qürurla danışdı. O, 2019-cu ilin 2 oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günündən haqq savaşına qoşulub. Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.