SON XƏBƏRLƏR

Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları “Vətən müharibəsi” iştirakçısını ziyarət ediblər. Bu haqda bu gün, 30 oktyabr tarixində qalereyanın rəsmi Facebook səhifəsində paylaşılıb.

“Astara igidlərini tanıyaq, tanıdaq!” adlı layihəsi çərçivəsində Ramazanov Məhərrəməli və ailəsi ilə maraqlanılıb. Görüş zamanı Ramazanov Məhərrəməli döyüşlər haqda, öz təəsüratlarını qonaqlarla bölüşüb.

Ramazanov Məhərrəməli “Vətən müharibəsi” zamanı Kəlbəcər uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görülmüşdür