SON XƏBƏRLƏR

Astaralı idmançılar Şərq əlbəyaxa döyüş növləri festivalında yüksək nəticə göstəriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

21-23 oktyabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında “Arpaçay” idman birliyinin təşkilatçılığı ilə keçirilən və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan Şərq əlbəyaxa döyüş növləri festivalında kyokuşin və kontakt karate versiyaları üzrə Astara rayon komandası fəxri yerlər qazanıblar.

Kyokuşin versiyası üzrə:

  • I yeri Kazımlı Sadiq (25 kq), Məmmədov Namik (45 kq);
  • II yeri Səmədzadə Səbinə (40 kq);
  • III yeri Məmmədov Aqşin (60 kq), Məmmədov Bayraməli (50 kq), Hüseynzadə Məhəmmədəli (40 kq).

Kontakt karate versiyası üzrə:

  • II yerə Babayev Renat (62 kq), Zeynalov Umid (45 kq), Mərufzadə Şəhriyar (30 kq), Əliyev Mirzə (50 kq), Səmədov Nurlan (60 kq);
  • III yerə Yusifli Hasil (25 kq) layiq görülüblər.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda